Yaxın Şərq Orta Asiya ölkələrinin Strateji Elmi Araşdırmalar Mərkəzi (NESA) ilə əlaqə
11 Noyabr 2020
Yaxın Şərq Cənub Orta Asiya Ölkələrinin Strateji Araşdırmalar Mərkəzi (NESA) 2000-ci ildə Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi tərəfindən yaradılmışdır. Mərkəz Yaxın Şərq Cənub orta Asiya bölgəsində yerləşən tərəfdaş ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı təşviq edən önəmli qurumlardan biridir.
"NESA" ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), ABŞ Afrika Komandanlığı (AFRICOM), ABŞ Sakit Okean Komandanlığı (PACOM), ABŞ Ordusu Mərkəzi (ARCENT) daxil olmaqla ABŞ-ın digər hərbi təşkilatlarının ortaq maraqları və biliklərini istifadə edərək xüsusi konfranslar, seminarlar həyata keçirmək üçün unikal qabiliyyətə malikdir.
"NESA" 120-dən çox ölkədən təxminən 10,000 nəfər təhlükəsizlik sahəsində çalışan mütəxəssislərdən ibarət məzun şəbəkəsinə malikdir.
ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşeliyi ilə qarşılıqlı əlaqələrin davamı olaraq 2020-ci ilin 03-14 fevral tarixlərində Vaşinqton şəhərində yerləşən Yaxın Şərq Orta Asiya ölkələrinin Strateji Elmi Araşdırmalar Mərkəzində (NESA) Amerikanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə kurs keçirilmişdir.. Seminarlarda Yaxın Şərqdə ictimai-siyasi vəziyyət, terrorçuluq, Amerika və Yaxın Şərq ölkələri ilə münasibət, nüvə silahlarından istifadə və onlara qoyulan qadağa ətrafında müzakirələr aparılmışdır. Tədbirdə Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Pakistan, Gürcüstan, Nepal, İtaliya, İraq, İordaniya Krallığı, Yəmən, Şri Lanka, Banqladeş, Özbəkistan, Mərakeş, Mauritania, Tunisdən olan nümayəndələr, o cümlədən DTX BATM-ın əməkdaşları iştirak etmişlər.