Fərmanlar və Sərəncamlar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin  2004 cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №3 , maddə 144, №9, maddə 677; 2005, №6, maddə 480, №10, maddə 910; 2006, №12, maddə 1055; 2007,№11, maddələr 1106, 1117; 2008,  №3, maddə 177; 2009, №12, maddə 983; 2010, №2, maddə 83, №4, maddə 294; 2011, №2, maddələr 81,85,№6, maddə 494; 2012, №11, maddə 1109; 2013, №11, maddə 1319; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli , 2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli, 2009-cu il 6 fevral tarixli 45 nömrəli Fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu"nda dəyişikliklər edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələlərin həll etsin.
 


                                                                                                                      İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2014-cü il
№ 363