Türkiyə Respublikasının Ankara şəhərində yerləşən NATO-nun Terrorçuluqla Mübarizədə Təkmilləşdirmə Mərkəzi (TMTM) ilə qarşılıqlı əməkdaşlıq

04 Fevral 2019

Beynəlxalq antiterror təlim mərkəzi (BATM) yarandığı gündən Ankara şəhərində yerləşən NATO-nun Terrorçuluqla Mübarizə Mükəmməlliyyət Mərkəzi (TMMM) ilə qarşılıqlı əməkdaşlıq edir.

Əməkdaşlıq dövründə müxtəlif sahələrdə, o cümlədən "Terrorizm və media", "Strateji obyektlərin terror hücumlarından qorunması", "Terrorçuluğun maliyyələşdirilməsi", "NATO-nun beynəlxalq terrorçuluqla mübarizədə rolu və təcrübəsi" və "Kibercinayətkarlıqla mübarizə" mövzularında çox saylı təlim kursları və seminarları təşkil edilmişdir.

Tədbirlərdə kiber terrorçuluğun ümumi anlayışı, maliyyələşdirilməsi, yeni metodlarının öyrənilməsi, əsas prinsipləri, terrorçuluğa qarşı mübarizənin təşkili və bu sahədə peşəkarlığın artırılması istiqamətində məruzələr dinlənilmiş, müzakirələr aparılmış, təkliflər, eləcə də tövsiyələr səslənmişdir.

TMMM-nin fəaliyyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Bakıda yerləşən hərbi attaşeliyi tərəfindən tənzimlənir.

DTX BATM-ın NATO Terrorizmlə Mübarizə Mükəmməlliyyət Mərkəzi ilə mövcud olan əlaqələri çərçivəsində analoji tədbirlərin qarşılıqlı keçirilməsi planlaşdırılır.