NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə BATM-da görüş keçirilmişdir

17 Noyabr 2021

17.11.2021-ci il tarixində DTX-nin Beynəlxalq antiterror təlim mərkəzində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramının ekspertləri - professor Sven Qareys, Pyotr Qavliçek, Dvorak Devid, İrina Lisiçkina və donanma kapitanı Kalin Kalinovla görüş keçirilmişdir.
Görüşdə təlim-tədris prosesinin inkişafı, bu sahədə əməkdaşlığın perspektivləri, o cümlədən əlaqələrin davam etdirilməsi barədə müzakirələr aparılmış və mövqelər uzlaşdırılmışdır.