BATM tərəfindən Azərbaycan Respublikası ərazisində keçirilmiş maarifləndirmə işləri

02 Dekabr 2020

2019-cu ildə DTX Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Ağdam və Füzuli şəhərlərində fəaliyyət göstərən idarə və müəssisə, elm və mədəniyyət ocaqları, qeyri-hökumət təşkilatları və yerli ictimaiyyət nümayəndələri, həmçinin AR Silahlı Qüvvələrinin Beyləqan və Bərdə hərbi birləşmələrinin «N» saylı hərbi hissələrində zabit, gizir və əsgər heyəti üçün BATM mütəxəssisləri tərəfindən terrorçuluğun müxtəlif təzahürlərini və milli təhlükəsizliyə təhdidləri özündə ehtiva edən maarifləndirici elmi-praktiki konfranslar və seminarlar keçirilmişdir. Tədbirlərdə «Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası», «Terrorçuluqla mübarizədə gənc nəslin maarifləndirilməsi», «Terrorçuluq cinayətinin anlayışı, təsnifatı və cinayət məsuliyyətinin yaranması xüsusiyyətləri», «Radikallaşma səbəbləri və radikallaşmaya aparan yol», «Vətəndaşların terror fəaliyyətinə cəlb olunmasına qarşı mübarizənin psixoloji əsasları», «Müasir dövrdə DTX-nin terrorçuluğa qarşı apardığı mübarizə», «Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr», «Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti» və «Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu» mövzularında elmi-praktiki mühazirələr dinlənilmişdir.

Qeyd olunan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış, bu tipli konfransların davamlı olaraq respublikanın şəhər və rayonlarında keçirilməsinin zəruriliyi səsləndirilmişdir.