ABŞ Xüsusi Birgə Əməliyyatlar Universiteti ilə əməkdaşlıq

10 Noyabr 2020

ABŞ-ın Bakıdakı Səfirliyinin təşəbbüsü ilə 2019-cu ilin 16-20 sentyabr tarixlərində DTX BATM-da Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən Xüsusi Birgə Əməliyyat Universitetinin (XBƏU) təlimatçıları tərəfindən “Terrorçuluğa qarşı mübarizə və xüsusi əməliyyat” kursu keçirilmişdir. Tədbiri Amerika Səfirliyinin müdafiə məsələləri şöbəsinin rəisi Conatan Norris, proqram meneceri Dora Avşalumova və XBƏU-nun təlimatçısı, ehtiyatda olan polkovnik Ceyms Povers təşkil etmişlər. Kursa təlimatçı qismində ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşları, hazırda XBƏU-nin ehtiyatda olan general-mayoru Con Tsaqnoris, həmçinin polkovnik Ceyms Poverse, eləcə də vaxtilə ABŞ və Böyük Britaniyanın Mərkəzi Kəşfiyyat İdarələrində xidmət aparan ehtiyatda olan polkovnik-leytenant Endryu Qarfild dəvət olunmuşlar.
Tədbirin sonunda kurs iştirakçılarına Xüsusi Birgə Əməliyyat Universitetinin sertifikatları təqdim olunmuşdur.