31.05-25.06.2021-ci il tarixlərdə Beynəlxalq antiterror təlim mərkəzində "Təkmilləşdirilmiş kibermüdafiə" mövzusu üzrə keçirilmiş kursa dair

02 İyul 2021

31 may - 25 iyun 2021-ci il tarixlərdə Azərbaycan - NATO əməkdaşlığı çərçivəsində, NATO-nun "Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı"nın dəstəyi ilə Bakı şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq antiterror təlim mərkəzində dövlət qurumlarının kiber mütəxəssisləri üçün "Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim" kursu keçirilmişdir.

          Kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin və müasir qlobal kiber çağırışlara hazırlığının yüksəldilməsidir.

          Tədbirin metodiki və təşkilati məsələləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aidiyyəti qurumları, Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq antiterror təlim mərkəzi və Türkiyənin TUBİTAK BİLGEM mərkəzi tərəfindən həyata keçirilmişdir.

          Tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunmuşdur.