Rəmzlər


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq antiterror təlim mərkəzinin emblemi Azərbaycan Respublikası bayrağının kənardan mərkəzə doğru mavi, qırmızı və yaşıl rəngli zolaqlarının dairəvi fonu ilə əhatə olunmuş,ona nisbətən guşələrinin uclarının əmələ gətirdiyi dairəsinin ölçüsü 2:3-ə olan, hər bir guşəsinin orta xətti qabarıq, sol hissəsi boz, sağ hissəsi gümüşü rəngli səkkizguşəli ulduzun üzərində əks olunmuş, ondan ağ rəngli çevrə ilə ayrılan tünd göy haşiyəli dairədən ibarətdir.
Tünd göy rəngli dairənin kənarında qövs boyunca, biri-birindən sol və sağ tərəflərdən səkkizguşəli ağ rəngli ulduzla ayrılan, ağ hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ”, aşağıda “THE STATE SECURITY SERVİCE OF THE REPUBLIC OF AZERBAİJAN” sözləri yazılmışdır.
Dairənin ortasında gümüşü rəngli meridian və paralellərin kəsişdiyi, yuxarıdan aşağıya doğru tündləşən göy (peyğəmbərçiçəyi) rəngdə kürə təsvir olunmuşdur. Kürənin dairəyə nisbəti 5:6-dır.
Kürənin orta hissəsində qanadları açıq formada ağ rəngli göyərçin təsvir edilmiş, göyərçinin ön tərəfində, kürənin yuxarı hissəsinin boyunca ağ rəngdə “BEYNƏLXALQ ANTİTERROR TƏLİM MƏRKƏZİ”, kürənin aşağı hissəsinin kənarı boyunca ağ rəngdə “INTERNATIONAL COUNTER TERRORISM TRAINING CENTER” sözləri yazılmışdır.